Hollandiya ikinci liqasında 22-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin üzvü Ziya Əzizovun formasını geyindiyi NEK də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə "TOP Oss” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də salınmayıb.
NEK hazırda 27 xalla 20 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
Fanat.Az