"Səbail" heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Bakı klubu Oke Akpoveta ilə anlaşıb. Nigeriyalı hücumçu mövsümün sonunadək müqavilə imzalayıb.
27 yaşlı Azərbaycana tanış futbolçudu. Belə ki, afrikalı hücumçu 2014-cü ildə "Rəvan"da çıxış edib. Həmin vaxt ölkəmizdə 15 oyuna çıxan Oke 1 qol vurub.
Son olaraq İsveç "Eskilstuna"sında forma geyinən Akpoveta əvvəllər Nigeriyanın "Varri Volves", Danimarkanın "Bröndbi", "Bronşoy", "Linqbi", İsveçin "Fre", "Dalkurd" və "Helsinqborq" klublarında çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol