Dünən vəfat edən qaydasız döyüş üzrə dünya çempionumuz Xamis Məmmədov iböyük izdihamla son mənzilə yola salınıb.
Fanat.Az xəbər verir ki, o, dünən dəfn olunması üçün doğulduğu Sabirabad rayonunun Salahlı kəndinə aparılıb. İdmançımızın dəfnində dostları, məşqçilər və idmançı yoldaşları iştirak edib.
Qeyd edək ki, Xamis Məmmədovun qrip səbəbindən dünyasını dəyişdiyi bildirilirdi. Səhiyyə Nazirliyi açıqlamasında idmançımızın ağciyərlərin tromboemboliyası diaqnozu ilə dünyasını dəyişdiyini bildirib.
Fanat.Az