"Yuventus”un portuqaliyalı ulduzu Kriştiano Ronaldonun keçmiş sevgilisi Dezire Kordero özünə yeni sevgili tapıb.
Fanat.Az xəbər verir ki, 2014-cü ildə İspaniya gözəli seçilən Dezire bir neçə aydı "Latsio”nun futbolçusu Xoakin Korrea ilə birlikdədi.
Bu arada o, 2 il münasibətdə olduğu Ronaldoya qarşı sərt ittihamlarla çıxış edib. İspaniya görəli, portuqaliyalı futbolçunun zorlanma olayında günahkar olduğunu və bunu sübut etməyə çalışacağını bildirib. Dezire futbolçunu yalan danışmaqda da günahlandırıb: "Ronaldo yalançıdı. Lap dəlidi”.
Fanat.Az