Antonio Konte Milan "İnter”ini çalışdıra bilər.
Fanat.Az "Calciomercato” portalına istinadən xəbər verir ki, 50 yaşlı italiyalı mütəxəssis cari mövsüm başa çatdıqdan sonra Luçano Spallettini əvəzləyəcək. Klub rəhbərliyi "neradzurra"nın Çempionlar Liqasında qrupdan çıxa bilməməsindən və İtaliya A seriyasında çempionluq yarışında lider "Yuventus”dan 19 xal geri qalmasından narazıdı.
Qeyd edək ki, "İnter” XXI turdan sonra 40 xalla 3-cü yerdədi. Konte ötən mövsümün sonunda İngiltərənin "Çelsi” komandasından ayrılıb.
Fanat.Az