Braziliyanın "İnter de Limeyra" klubu "Qarabağ"ın sabiq futbolçusu Çumbinyo ilə müqavilə bağlayıb.
"Report"un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin son klubu Yunanıstan "Levadiakos"u olub.
O, "Qarabağ"da 2013 - 2015-ci illərdə çıxış edib. Çumbinyonun yenidən Azərbaycan Premyer Liqasında çıxış etmək variantı olub. "Sambaçı" "Səbail" klubuna təklif olunsa da, transfer alınmayıb.