Asiya Kuboku 2019-un yarımfinalında Yaponiyaya məğlub olaraq mübarizəni dayandıran İran yığmasının baş məşqçisi Karlos Keyruş postundan gedib.
Fanat.Az xəbər verir ki, buna qədər klub səviyyəsində Madrid "Real"ını və "Sportinq"i, yığmalardan isə Portuqaliya, BƏƏ, Cənubi Afrikanı çalışdıran Keyruş 2011-ci ildə İran yığması ilə anlaşmışdı.
Asiya Kubokunun ardından iranlılarla müqaviləsi bitən 65 yaşlı mütəxəssisin Kolumbiyanı çalışdıracağı bildrilir.
Fanat.az