Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda müxtəlif turnirlər çərçivəsində yaşanan xoşagəlməz hadisələr müzakirə olunub.
Yığıncaqda ən ağır cəza "Gəncə” klubunun baş məşqçisi İlham Səmədova verilib. U-16 Liqasının "Sabah”la matçının 47-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırılan çalışdırıcı 5 oyunluq cəza alıb.
Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının "Yasamal” İSK – "Liman” matçında baş verənlər də diqqətdən kənar qalmayıb. Oyunun 36-cı dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "Liman”ın futbolçusu Haqverdi Həsənov və "Yasamal” İSK-in üzvü Amil Əlimirzəyev 4 oyun "istirahət edəcək”.
Fanat.Az