"Neftçi" yaxın günlərdə daha bir əcnəbi futbolçunu heyətinə qata bilər.
Fanat.Az futbolinfo.az-a istinadən xəbər verir ki, bakılılar "Şerif"in hücumçusu Ziqi Badibanqaya "elçi düşüb".
Dario Frederikonun Cənubi Koreyadan təklif alması bakılıları Badibanqa ilə danışıqları intensivləşdirməyə vadar edib. Baş məşqçi Roberto Bordinin israrla istədiyi, hələ "Şerif”də olarkən birgə çalışdığı belçikalı forvardın gəlişi real görünür. Danışıqlar artıq yekunlaşmaq üzrədi. 28 yaşlı oyunçu da Tiraspol klubunun qış toplanışına yollanmayıb. Futbolçunun Bakıya yollanması üçün son detalların dəqiqləşməsi qalıb.
"Neftçi" yalnız Badibanqanın keçidini həll edəcəyi təqdirdə, Darionun Cənubi Koreya klubuna transferinə icazə verəcək. Premyer Liqanın "Qarabağ"la qarşıdakı oyununa qədər bu keçidlərin baş tutması istisna deyil.
Qeyd edək ki, Belçikada doğulan Konqo əsilli Ziqi Badibanqaya 2009-cu ildə "Anderlext"də peşəkar karyerasına başlayıb. 2013-cü ilədək "Anderlext"ə məxsus olan forvard 2012-ci ildə Hollandiyanın "De Qraafşap", 2012/13 mövsümündə Belçikanın "Çarleroy" klubularına icarəyə verilib. O, 2013/14 mövsümündə Yunanıstanın "Erqotelis", 2014/15 mövsümündə "Asteras", 2015/16 mövsümündə Cənubi Kiprin "Omoniya" klublarında forma geyinib. 2017-ci ildə "Şerif"ə keçən Ziqi Badibanqaya cari mövsümdə meydana çıxdığı 8 rəsmi matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hücumçu 2009-2010-cu illərdə Belçikanın U-19, 2010-2012-ci illərdə U-21 yığmalarında çıxış edib.
Fanat.Az