Hazırda Çinin "Quanqzu R&F" klubunda çıxış edən Duşko Toşiçin ailəsində xəyanət qalmaqalı davam edir.
Fanat.Az xəbər verir ki, bir müddət əvvəl Serbiya mediası müğənni həyat yoldaşı Jelena Karleusanın Toşiçə "Anderlext"də çıxış edən bosniyalı futbolçu Oqnen Vranyeslə xəyanət etdiyini iddia etmişdi. Hətta mətbuatı müğənninin çılpaq fotolarını da yayımlamışdı.
Duşko Toşiç - Jelena Karleusa
Daha sonra Karleusa Çində forma geyinən əri və qızları ilə fotolarını sosial mediada paylaşsa da, ailə ilə bağlı növbəti qalmaqallı xəbər yayılıb. Serbiyanın ən yüksək tirajlı qəzeti "Kurir"in iddiasına görə, bu dəfə Toşiç "iş başında" olub. Belə ki, futbolçu Serbiya millisindəki komanda yoldaşı, hazırda "Kyevo"da forma geyinən Filip Corceviçin həyat yoldaşı Yovana Corceviçə göz qoyub.
Filip Corceviç - Yovana Corceviç
İddialara görə, Toşiç həmkarının həyat yoldaşına sosial mediadan sevgi mesajları göndərib. Toşiç və Jelena bu qalmaqaldan dərhal sonra məhkəməyə müraciət edərək yayım yasağının tətbiq olunmasını tələb edib.