"Bavariya" hücumçusu Sandro Vaqnerlə vidalaşıb.
Fanat.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 32 yaşlı forvard karyerasını Çində davam etdirəcək.
Almaniya millisinin üzvü "Tyançzin Teda" klubu ilə anlaşıb. O, yeni komandası ilə 2021-ci ilin yanvar ayına qədər müqavilə bağlayıb. Bu keçid Münhen təmsilçisinə 5 milyon avro qazandırıb.
Qeyd edək ki, Sandro Vaqner "Bavariya"ya 2018-ci ilin yanvarında 13 milyon avroya "Hoffenhaym"dan keçib.
Fanat.Az