"Neftçi”nin futbolçusu Anton Krivotsyukun əsgərlik probleminə görə Ukraynada axtarışa verilməsi barədə xəbər vermişdik.
Fanat.Az-ın əldə etdiyi məlumatda bildirilirdi ki, 20 yaşlı futbolçunun Ukraynada qeydiyatda olduğu ünvana bir neçə dəfə çağırış məktubu göndərilsə də, müdafiəçi hərbi komissarlığa yollanmağa ehtiyac duymayıb. Bu səbədən "milliləşdirilmiş" futbolçu axtarışa verilib.
Vəziyyətlə bağlı son durumu öyrənmək üçün "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə əlaqə saxladıq. Klub rəsmisi Fanat.Az-a açıqlamasında bunları dedi:
"Bu futbolçu ilə hansısa orqan arasında yaranmış problem idi. Anton Krivotsyuk hazırda komandanın düşərgəsindədi və onunla bağlı heç bir problemimiz yoxdu. Bizdə olan məlumata görə, futbolçu məsələni həll edib, heç bir problem yoxdu".
Fanat.Az