"Qalatasaray” 28 yaşlı oyunçusu Sərdar Azizlə yolları ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2016-cı ildən "Qalatasaray”da top qovan Sərdar "sarı-qırmızılar”ın əzəli rəqibinin - "Fənərbaxça”nın üzvü olmağa yaxındı. Tərəflər artıq anlaşıb. Türkiyə millisinin də formasını geyinən futbolçunun "Fənər”ə keçidinin bu günlərdə rəsmən açıqlanması gözlənilir.
Fanat.Az