Turnir cədvəlinin sonuncusu "Zirə"də baxışda olan malavili Robin Nqalande ilə bağlı qərar verilib.
Fanat.Az kickoff.com-a istinadən xəbər verir ki, hücumçu baş məşqçi Samir Abasovunetimadını qazanıb. Qəsəbə təmsilçisi Nqalande ilə 6 ay + 1 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, 26 yaşlı forvard son olaraq CAR-ın "Baroko" klubunda çıxış edib və 6 ay klubsuz qalıb.O, Madrid "Atletiko"susunun C komandasında da oynayıb.
Fanat.Az