Moskva "Spartak”ı azərbaycanlı futbolçunu bəyənib.
"Sumqayıt” klubunun və U-19 millimizin üzvü Rüfət Abdullazadə Moskvaya yollanıb. Onun oyununun "Spartak”ın məşqçiləri millimizin "Spartak-2” komandasının yoxlama görüşü zamanı bəyəniblər.
2001-ci il təvəllüdlü futbolçu yarımmüdafiəçidir və sol ayağından yaxşı istifadə etməyi bacarır. Rüfət sınaqdan uğurla çıxsa, "Spartak” keçidlə bağlı "Sumqayıt”a rəsmi təklif göndərəcək.
Məlumatı klubun sözçüsü Rəşad Məmmədov "Futbol+” qəzetinə təsdiqləyib.
Fanat.Az