İngiltərənin "Vulverhempton” klubu mövsümün əvvəlində "Atletiko”dan icarəyə götürdüyü Xonatan Otto Kastro ilə yeni müqavilə bağlayıb.
Fanat.Az xəbər verir ki, 24 yaşlı müdafiəçiylə müddəti 2023-cü ildə bitəcək müqavilə imzalanıb. Bu barədə "Vulverhempton”un mətbuat xidməti məlumat yayıb.
"Canavarlar” Kastro üçün "Atletiko”ya 18 milyon funt sterlinq ödəyəcək.
2018-ci il iyulun 25-də "Selta”dan "Atletiko”ya 7 milyon avro qarşılığında keçən Kastro, bir gün sonra "Vulverhempton”a icarəyə verilib.
Bu mövsüm Premyer Liqada 22 oyuna çıxan müdafiəçi 3 dəfə İspaniya millisinin formasını geyinib.
Fanat.Az