Lokomotiv”in yarımmüdafiəçisi Manuel Fernandeş karyerasını Türkiyədə davam etdirə bilər.
Fanat.Az-ın məlumatına görə, bu haqda "Fanatik” informasiya yayıb.
Mənbə Moskva klubuyla olan müqaviləsinin müddəti yayda başa çatacaq portuqaliyalı oyunçunun "Qalatasaray”a azad agent kimi yollanacağını vurğulayıb. Ölkənin ən nüfuzlu idman portallarından olan həmkarlarımız istanbulluların bu məsələni uğurla nöqtələmək üçün indidən əl-ayağa düşdüyünü önə çəkib.
Fernandeş "Lokomotiv”ə 2014-cü başqa İstanbul klubundan – "Beşiktaş”dan azad agent statusuyla gəlib. O, bu mövsüm "Loko” formasıyla çıxdığı 22 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az