”Qarabağ” fevralın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq "Neftçi” ilə oyuna ciddi itkiylə çıxacaq.
Fanat.Az xəbər verir ki, "köhlən atlar” ispan yarımmüdafiəçi Miçeli itirib. sıradan çıxıb. Məşqdə zədələnən legionerin Bakı klubuna qarşı oynaya bilməyəcəyi dəqiqdi. Köhnə-yeni transfer Reynaldo isə zədəsini sağaldıb. Ancaq onun "ağ-qaralar”a qarşı top qovması planlara daxil deyil.
Matçın start fiti saat 18:30-da səsləndiriləcək.
Fanat.Az