"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov "Neftçi" ilə Premyer Liqanın 15-ci turunda çıxacaqları "Neftçi” ilə oyun ərəfəsində brifinq keçirib.
Fanat.Az həmin müsahibəni təqdim edir:
-
Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışından nə dərəcədə razı
qaldız?
- Düzdür, yoxlama matçlarımız yağışlı havada keçdi, hətta bir matçımız təxirə
düşdü. Lakin bacardığımız qədər proqramdan kənara çıxmamağa çalışdıq. Əlbəttə,
istərdik daha yaxşı hava şəraiti olsun. Lakin hazırlıqdan razı qaldım. Belə
hava futbolçuların möhkəmlənmələri üçün yaxşıdır. Buna problem kimi baxmıram.
-
Qarşıdan "Neftçi" ilə oyun gəlir. Futbolçularınızla söhbətdə bu
matçın derbi olduğunu vurğulayırsız, yoxsa görüşə sıradan bir oyun kimi
yanaşırsız?
- Matça ciddi yanaşırıq. Buna derbi deməyə bilmərik, həqiqətən derbidi. "Neftçi" bu mövsüm çempionluğa çox istəklidi. Amma
futbolçuların üzərinə bir o qədər də getmirik. Oyunçular da diqqətli
olmalıdı.
- Start
heyətini müəyyənləşdirmisiniz?
- Tam olmasa da, müəyyənləşdirmişik. Təxminən 90 faiz bəllidir. Oyunun
"Azərsun Arena"da yox, burada keçirilməsi problem deyil.
- Dario Frederiko "Neftçi"dən ayrıldı. Bu
sizin planlarınıza təsir etdimi və sizin üçün sevindirici xəbər sayıla bilər?
- Çox istərdim ki, yaxşı oyunçular bizim çempionatda qalsın. Lakin Dario
Federikonu əvəzləyə biləcək oyunçular var. Məsələn, Namiq Ələsgərov və ya
Platellas onu əvəzləməyə qadirdi. Darionun gedişinin bizim planlarımıza təsiri yoxdu. Bir-iki futbolçunun oynamaması "Neftçi"yə də təsir etməz.
- Riçard Almeyda komandaya qayıdıb. Onun yoxluğu
gedəndən sonra hiss olunurdu. Qışdan sonra əvvəlki "Qarabağ"ı görə
biləcəyik?
- Hər zaman heyətimizin yaxşı olmasını istəyirik. O qədər də zəifləməmişdik ki,
Almeydanın dönüşündən sonra güclənək. Əlbəttə, belə bir futbolçunun qayıtması
kollektivə müsbət təsir edir. Riçard üçün darıxanlar onu səbirsizliklə
gözəyirdilər. İstədiyimiz oyunu qurmaqda onun bacarığı və təcrübəsi daha çox
idi. Ancaq bir futbolçu ilə komanda nə güclənir, nə də zəifləyir.
- Transfer çalışmalarınızı yekunlaşdırmısız?
- Transferlərlə bağlı danışıqlarımız davam edir. Yeni hücumçu da ola bilər,
yarımmüdafiəçi də.
- Con Delarj əvəzedici komandadadır. Onun hazırkı durumu nə yerdədir və gələcəyi necə olacaq?
- Delarjla bağlı bizə müraciət daxil olmayıb. Hələ əvəzedici komandada qalacaq.
Fanat.Az