"Fənərbaxça” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, "sarı bülbüllər” digər İstanbul nəhəngi "Beşiktaş”ın yarımmüdafiəçisini - 28 yaşlı Tolqay Arslanı rənglərinə bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Orta xətt oyunçusu 4,5 illik müqaviləyə qol çəkib.
Tolqay "Beşiktaş"a 2015-ci ildə "Hamburq"dan keçmişdi.
Fanat.Az