"Fənərbaxça" növbəti transferini reallaşdırıb.
Fanat.Az İtaliya mətbuatına istinadən xəbər verir ki, "sarı bülbüllər" "Empoli"dən 24 yaşlı Miha Zaytsı transfer edib.
İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 6,5 milyon avro və mövsümün əvvəlində icarəyə göndəridiyi Salih Uçanı birdəfəlik "Empoli"yə verib.
Sloveniya millisinin yarımmüdafiəçisi "Empoli"yə 2017-ci ildə ölkəsinin "Olimpiya" klubundan keçmişdi.
Fanat.Az