21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Ozan Can Kökçü "Beşiktaş"a transfer olunur.
Fanat.Az xəbər verir ki, "gəncləşdirmə siyasəti"nə başlayan "Qara Qartallar" bir neçə gənc futbolçunu heyətinə qatmaq istəyir. Onların arasında "Giresunspor"da çıxış edən Ozan Can Kökçü ilə yanaşı, onun Hollandiyanın "Feyenoord" klubnda çıxış edən kiçik qardaşı Orkun Kökçü və Zaqreb "Dinamo"sunun (Xorvatiya) 18 yaşlı üzvü Aydın Hasiç də var.
Qeyd edək ki, Ozan Can Kökçü "Giresunspor"a cari mövsümün əvvəlində "Bursaspor"dan keçib. O, bu komandanın heyətində 10 oyuna çıxıb.
Fanat.Az