14:18 01.02.2019 1871

Yarım mövsümün diribaş yerliləri: start "11-lik"də kimlər var?

Premyer Liqanın geridə qalan bölümündə keçirilən 14 oyunda Azərbaycan vətəndaşı kimi meydana çıxan 107 yerli futbolçu arasından özünü ən yaxşı tərəfdən göstərənlər çox olmadı. Yanvara qədər meydanda olmuş azərbaycanlılardan ən yaxşı start "11-lik” qurmaq isə o qədər də çətin deyil. Topladığımız statistikayla yanaşı, futbolçuların özləri haqqında formalaşdırdığı fikri də əsas götürəcəyik. Millimizin də müxtəlif çalışdırıcıların rəhbərliyi altında daha çox faydalandığı 4-5-1 düzümünə uyğun seçim aparacağıq.

 

Qapıçı


"Səbail”dən "Tobol”a gedən Emil Balayevin irəli atdığı uğurlu addımı yaddan çıxarmadan "çərçivə”ni Səlahət Ağayevə tapşırmaqda qərarlıyıq. Zədədən sonra əsas heyətdə yerini möhkəmlədən Səlahətin komandası "qış çempionu”du. Son illərdə ilk dəfə çempionluğa bu qədər yaxınlaşan "Neftçi”nin uğurlu çıxışında sözügedən əlcək sahibinin rolu böyükdü. Əlbəttə, Ağayevin müəyyən səhvləri də olub. Bununla belə, millinin əsas qolkiperi Kamran Ağayevdən (Keşlə) azı 2 dəfə bacarıqlı görünüb. Ütəlik, "Qarabağ”la olduqca önəmli qarşılaşmalarda özünü yaxşı tərəfdən göstərib, uğurlu seyvlərlə yadda qalıb. Təsadüfi deyil ki, bütün matçlarda əvəzolunmaz statusunu qoruyan futbolçunun komandası da hamıdan az – 10 top buraxıb.

 

Müdafiəçilər

 

Məlum səbəbdən "yerli sexin məhsulları” klublarımızın müdafiə zonasında çoxluq təşkil edir. Öncədən vurğulayaq ki, Arif Daşdəmirov, Anton Krivotsyuk başda olmaqla, çempionatımızda tər tökən digər "milliləşdirilmiş” legionerləri heyətdən kənarda qoyacağıq. Seçim imkanı geniş olduğundan yaş amilini nəzərə almaq, "doymuşlar”ı ikinci plana keçirmək də önəmlidi. Belədə, "Zirə”yə "Qəbələ”dən gələn Tellur Mütəllimovun sağ "qanad”da qərarlaşması başadüşüləndi. 11 oyunda forma şansı qazanan 23 yaşlı Tellurdan daha çox cinah yarımmüdafiəçisi ampluasında istiafdə olunsa da, hücumlara bir qədər geridən dəstək verməyə gücü çatar. İki qol vurmağa da imkan tapan Mütəllimovun topla qaçmaq məharəti, çevikliyi və düşünmə sürətiylə bağlı problemi yoxdu.

 

Stopperlərdən biri "Sumqayıt”dan sabiq baş məşqçisi Samir Abasovun yanına – "Zirə”yə yollanan Bəxtiyar Həsənalızadə olacaq. 2011-ci ildən "kimyaçılar”ın sıralarında gözə dəyən 1992-ci il doğumlu Həsənalızadə hələ də millidəki rəqabətə tab gətirməsə belə, yerli standartlara tam şəkildə cavab verir. "Gənlik şəhəri” təmsilçisinin bütün matçlarında qazon üzərinə ayaq basıb, ümumilikdə 1185 dəqiqə meydanda olub. 3 dəfə "sarı” alsa da, vəziyyəti "qırmızı” həddinə çatdırmayıb.

 

Bəxtiyardan danışanda dərhal əks-marşrutla hərəkət edən Adil Nağıyev yada düşür. Görəsən, Nağıyev yeni komandasında sabitliyi qorumağı bacaracaqmı? Böyük ehtimalla, hə. Məsuliyyətli, işinə peşəkar yanaşmağa can atan futbolçudu.


Təmkin Xəlilzadə müdafiənin solunda deyil, başqa mövqedə top qovsaydı, digər variantlara baxardıq. Yaxşı formadadı, oyunu ilə millidə də özünə yer edib. 25 yaşdan sonra nə dərəcədə inkişaf edəcəyini isə "Sabah”da oynadığı futbola nəzərən gələcəkdə dəyərləndirəcəyik. 11 Premyer Liqa görüşündə etimad qazanan Təmkinin iki qırmızı vərəqə ilə cəzalandırıldığını, penaltidən qol vurduğunu bildirək. Hücumlara qoşularaq verdiyi asmalar, gözlənilməz solaxay zərbələr isə danılmazdı.

 

Yarımmüdafiəçilər


Ölkənin ən yaxşı dayaq yarımmüdafiəçisi Qara Qarayevdisə, mövqeyini əlindən almayacağıq. Bu mövqedə Qaranı arxa plana keçirəcək "partlayış” qeydə alınmayıb. 12 çempionat matçı keçirən Qarayevin niyə 763 dəqiqə forma şansı qazandığının səbəbi isə məlumdu: Avroliqa!


"Sabah”da möhkəmlənən 1997 doğumlu Eltun Turabov maraqlı təhlil obyektidi. Əhmədovun 13 çempionat qarşılaşmasında stopper qismində güvəndiyi Eltunu qismən fərqli ampluaya "çəkmək” böyük xətaya bənzəməz.


Emin Mahmudov futbolu yalnız ayaq yox, həm də başla oynamaq lazım olduğuna ən yaxşı nümunələrdəndi. Roberto Bordinin rəhbərliyi altında oynadığı futbolu fərqli tələbləri olan mütəxəssilərin komandasında fərqli şəkildə göstərməyə qadir oyunçudu. Milli futbolçumuz "ağ-qara ansamblın dirijorudu”. 3 qolla komandasına fayda verən oyun qurucusu yeganə penalti imkanını boşa xərcləməyib. 13 çempionat oyununda sabit çıxışla azarkeşlərin alqışını qazanıb.

 

"Səbail”dən Fəhmin Muradbəylini yarımmüdafiənin sağ cinahına layiq bilmək günah sayılmaz. "Neftçi”nin yetirməsi Aftandil Hacıyevin komandasında əvəzolunmaza çevrilib. Statistik göstəriciləri belədi: 11 oyun (897 dəqiqə), 2 qol. Gənc insayd üçün yetərincə cəlbedicidi, deyilmi?

 

7 qolla bombardirlər cədvəlində Baqali Dabo ilə şərikli liderlik edən Mahir Mədətov hücumlar zamanı 4-3-3-ə çevrilən 4-5-1-in sağ cinahında işinin ohdəsindən gələr. Het-trikə də imkan tapan Mədətov 7 qol vurmaqla yanaşı, 2 məhsuldar ötürmə də verib. Cari mövsüm 13 çempionat matçında 924 dəqiqə oynayıb.


Hücumçu


Mirabdulla Abbasovu çəkinmədən mövsümün tapıntısı adlandırmaq olar. 6 qol, 3 ötürməni hesabına yazan 23 yaşlı Mirabdullanın öz üzərində bir qədər də işləməsi gələcəkdə ölkənin ən yaxşılarından sayılmasına kifayət edər.

 

Qapıçı: Səlahət Ağayev (Neftçi)

Müdafiəçilər: Tellur Mütəllimov (Zirə), Bəxtiyar Həsənalızadə (Sumqayıt), Adil Nağıyev(Zirə), Təmkin Xəlilzadə (Qəbələ)

Yarımmüdafiəçilər: Qara Qarayev (Qarabağ), Eltun Turabov (Sabah), Fəhmin Muradbəyli (Səbail), Emin Mahmudov (Neftçi), Mahir Mədətov (Qarabağ)

Hücumçu: Mirabdulla Abbasov (Neftçi)

 

Qeyd: nəticəsi ləğv olunan qarşılaşmalar oyun və qol sayında nəzərə alınmayıb, yalnız vərəqələrdə saxlanılıb 

 

Fanat.Az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib.

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

22:09

"Qarabağ"ın hücumçusu bu kluba keçdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X