Dortmund "Borussiya”sının vingeri Ceydon Sanço yayda "Mançester Yunayted”ə keçə bilər.
Fanat.Az-ın məlumatına görə, bu haqda "Metro” informasiya yayıb. MY 2015-ci ilə qədər əzəli rəqibi "Mançester Siti”nin akademiyasında futbolla məşğul olan 18 yaşlı istedadı rənglərinə bağlamaq üçün hərəkətə keçib.
Bu mövsüm Sanço Bundesliqada 19 oyuna çıxıb, 6 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Gənc Ceydonun aşağı yaş qrupları üzrə yığmalarla yanaşı, vətəni İngiltərənin əsas millisində də 3 matç keçirməyə imkan tapdığını vurğulayaq.
Fanat.Az