Hollandiyanın 2-ci liqasında 23-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, U-21 millimizin yarımmüdafiəçisi Ziya Əzizovun klubu NEK də növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Utrext”in gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Ziya bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
NEK hazırda 30 xalla 20 iştirakçı arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az