"Keşlə"dən ayrılan iki futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, Diallo Quidileye və Georgios Georgiadis qardaş ölkənin 1-ci liqasına üz tutub. Hər iki futbolçu "Elazığspor"la müqavilə imzalayıb.
Qeyd edək ki, Georgios Georgiadis "Keşlə"yə ötən ilin sentyabrında gəlib. 30 yaşlı yunan forvard 8 oyunda 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Diallo Quidileye isə oktyabrda Bakı klubuna qoşulub. 29 yaşlı moritanyalı yarımmüdafiəçi qış fasiləsinədək 11 oyuna çıxıb.
Fanat.Az