"Neftçi”nin İtaliyanın C seriyasından - "Novara”dan transfer etdiyi Canluka Sensone klubun ən ödənişli futbolçusu olacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2 illik müqavilə bağlamağa hazırlaşan (ilyarımlıq da ola bilər) forvard aylıq 25 min dollar məvacibə oynayacaq.
Bundan başqa, "Neftçi” çempion olacağı halda Sensone əlavə paralar da qazanacaq. Vurduğu hər qola görə də sponsoru SOCAR olan klubdan ayrıca məbləğ istəyən hücumçunun nə ilə yadda qalacağı böyük maraq doğurur.
Fanat.Az