"Sabah"ın baş məşqçisi Elşad Əhmədov "Zirə"ni səfərdə 2:0 hesabıyla məğlub etdikləri matçdan sonra mətbuat konfransı keçirib.
Fanat.Az xəbər verir ki, çalışdırıcı öncə matçı dəyərləndirib: "Maraqlı oyun keçdi. Azlıqda qalsaq da, futbolçular ruhdan düşmədilər. Təzyiqi davam etdirdik və ilk qol bizə motivasiya verdi”.
Əhmədov yeni transferin mümkünlüyünü də dilə gətirib: "Bir hücumçuya ehtiyacımız var. Ola bilsin, yeni trasnfer etdik. Yeni futbolçularımızın üçü də özünü yaxşı tərəfdən göstərdi”.
Fanat.Az