17:30 04.02.2019 2223

Aleksandr Rıbka: "Azərbaycan variantını "Neftçi”nin oyunçusu ilə müzakirə etdim"

"Səbail"in yeni qapıçısı ukraynalı Aleksandr Rıbka klubun rəsmi saytına müsahibə verib.  

Fanat.Az həmin müsahibəni təqdim edir:

– "Səbail"də oynamaq barədə təklif alanda Azərbaycanda çıxış edən əcnəbi futbolçulardan kiminləsə məsləhətləşdiniz?
– Bəli. Təklif gəldikdən sonra məlumat əldə etmək istədim və "Neftçi”nin oyunçusu Kiril Petrovla Azərbaycana gəlmək variantını müzakirə etdim. O, Azərbaycan çempionatı haqqında çox gözəl fikirlər söylədi və məndə xoş təəssüratlar yaratdı. Artıq "Səbail”dəyəm və buna görə məmnunam.

– Buraya gəlmək üçün qərar vermək nə dərəcədə asan oldu, çox götür-qoy etdiniz?
– Xeyr, təklifi, demək olar ki, tərəddüdsüz müsbət dəyərləndirdim. Çünki artıq klub haqqında müəyyən qədər məlumatım var idi. Məni belə gözəl qarşıladığınıza görə bir daha hər kəsə təşəkkür edirəm.

– Uşaqlıqda futbolla yanaşı, hokkey, tennis və basketbol oynadığınızı bilirik. Hətta 11 yaşınız olanda basketbol üzrə Ukrayna çempionu da olmusunuz. Bəs niyə futbolu seçdiniz?
– Mənim uşaqlıq illərimdə texnoloji inkişaf bu səviyyədə deyildi; internet, mobil telefonlar və s. yox idi. Bütün asudə vaxtımı səhərdən-axşamadək küçədə ancaq futbol topu ilə, basketbol topu ilə, hokkey oynamaqla keçirirdim. Valideynlərim məni evə güclə "dartırdılar” (gülür)… Demək olar ki, o vaxt topla nə idman növü varsa, məşğul olmuşam. Amma futbola marağım daha üstün idi.

– "Səbail” barədə təəssüratlarınız necədir və gözləntiləriniz nədən ibarətdir?
– Klub haqqında ilk məlumatı internetdə əldə etmişdim və belə qənaətə gəldim ki, yeni yaranan klub olmasına baxmayaraq, bütün kollektiv - rəhbərlik, məşçi heyəti, futbolçular qarşısına məqsəd qoyub. Belə gənc klubun üzvü olmaq çox sevindiricidir. Çünki Ukraynada da elə komandalarda çıxış etmişəm ki, hər zaman qarşısında müəyyən məqsədləri olub. Karyeramda müxtəlif situasiyalar olub. Həm yaxşı, həm də pis. Amma çalışacağam ki, "Səbail”də öhdəmə düşən vəzifəni layiqincə yerinə yetirim və hər kəs məmnun olsun.

– Təbii ki, komanda yoldaşlarınızla yaxından tanış olmaq üçün hələ o qədər də çox vaxtınız olmayıb…
– Düzdür. Çempionatın fasilədən sonra ilk turunda – "Keşlə” ilə görüşümüzdən cəmi 3 gün əvvəl komandaya gəlmişəm. Yeni komanda, yeni oyunçular, fərqli ab-hava… Hər nə varsa, hər şey yeni. Sözsüz ki, mənim üçün çox çətin idi. İlk olaraq internetdə oyunçuların siyahısına baxdım və maksimum dərəcədə komanda yoldaşlarımın adını yadımda saxlamağa çalışdım. Ancaq oyundan sonra bir qədər rahatam. Çünki oyun zamanı ünsiyyətdə olursan və start 11-likdə olan oyunçuları artıq adları ilə tanıyıram. Düşünürəm ki, kiçik zaman kəsiyində hamını adbaad tanıyacağam və mənə asan olacaq.

– Əsas oyun xüsusiyyətlərinizi necə xarakterizə edirsiniz?
– Özüm haqqında nəsə deyə bilmərəm. Bunun üçün xüsusi ekspertlər, məşqçilər və oyunları izləyən müəyyən şəxslər var. Düşünürəm ki, oyunuma onların qiymət verməsi daha münasib olar. Mən isə öz növbəmdə özümü elə göstərməliyəm ki, mövsümün axırında oyunumu yüksək qiymətləndirsinlər.

– Azərbaycan Premyer Liqasında oynamaq sizin üçün ciddi çağırışdırmı?
– Əlbəttə! "Səbail”də oynamaq mənim üşün yeni çağırışdır. Şəhər, insanlar, çempionat – hər şey yenidir. Bu çağırış mənim üçün çox maraqlıdır və hər bir təcrübə qiymətlidir. İnanıram ki, mənə uğur gətirəcək.

– Şəhərdən söz düşmüşkən, Bakı ilə ilkin tanışlığa vaxt tapa bilmisinizmi?
– Hələ ki şəhəri gəzməyə vaxtım olmayıb. Yol gedərkən şəhəri maşının pəncərəsindən izləyə bilmişəm. İlk baxışdan çox bəyəndim. Burada çoxlu sayda gözəl parklar, uca binalar gördüm. Bu yaxınlarda həyat yoldaşımla qızım da gələcək və biz mütləq şəhərə gəzməyə çıxacağıq.

– "Səbail”in azarkeşlərinə sözünüz varmı?
– Bütün idman növlərində olduğu kimi, futbolda da həm qələbə, həm də məğlubiyyət var. Azarkeşlərimizin hər zaman "Səbail”in yanında olmalarını arzu edərdim.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

Facebookdan bizi izləməyi unutmayın.
X