Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının XV turunda keçirilmiş "Qarabağ" - "Neftçi" matçı ilə bağlı video yayımlayıb.
Fanat.Az xəbər verir ki, qurum "YouTube" kanalı vasitəsi ilə görüşdəki birinci qolu paylaşıb. Həmin epizodda qolun qaydalar çərçivəsində vurulduğu bəlli olub.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın futbolçusu Dani Kintananın 6-cı dəqiqədə vurduğu qol bəzi müzakirələrə səbəb olub. "Neftçi"nin oyunçusu Mamadu Mbodj 30-cu dəqiqədə tarazlığı bərpa edib.