12:46 06.02.2019 1525

"Keşlə"də münaqişə ocağı

Premyer Liqada çətin günlər keçirən "Keşlə”də klubdaxili ab-hava da qaydasında deyil. Öz meydanında "Səbail”ə 0:3 hesabıyla uduzan komanda autsayderlər qrupunda möhkəmlənib və avrokuboklar xəyalı yavaş-yavaş puç olur.

 

 

 

Əslində, Avropa Liqasına vəsiqə qazanmağın çətin olacağı çoxdan bəlli idi, amma klub rəhbərliyi kollektivin qarşısına belə hədəf qoyub. Baş məşqçi Tərlan Əhmədov da açıqlamalarında məhz bunun üçün çalışdıqlarını deyib. Real vəziyyət isə odur ki, komanda yuxarı yerlərdən çox, sonuncu olmamaq barədə düşünməlidi.


 

Qışda heyətin bahalı əcnəbilər hesabına gücləndirilməsi mümkün olsa da, seçimlər yaxşı deyil. Yeni gələnlər böyük vəzifələrin öhdəsondən gəlməyə imkan vermir, növbəti dəfə səhv addımlar atılıb. Amma bütün bunlar yalnız aysberqin görünən tərəfidi. Klubda ən ciddi problem daxili çəkişmədi.

 

Kamran Ağayev "Keşlə”nin daxili problemlərinin bir nömrəli səbəbkarıdı. Kapitan əksər komanda yoldaşları ilə yola getmir, ondan ciddi narazılıq var. Bəzi futbolçular dəfələrlə məşqçilərə, rəhbərliyə onunla bağlı şikayət edib. Özünü yekəxana aparması azmış kimi, bəzi oyunçularla çox kobud davranır. Məşqlərdə, oyunlarda məhz onun davranışı üzündən ab-hava pozulub.


 

Kamran Müşahidə Şurasının sədri Zaur Axundovla münasibətlərindən istifadə edərək özünü belə aparır. Hamı da klub rəhbərinin qəzəbinə gəlməkdən qorxduğu üçün qapıçıya qarşı çıxa bilmir. Yuri Maksimov, Mladen Milinkoviçlə problem yaşayan, onların göndərilməsində rol oynayan Ağayev indi də Tərlan Əhmədovla münaqişədədi.


 

Hər şey Antalyada başlayıb. Toplanışın son 3 günündə düşərgəni tərk edən, axırıncı yoxlama matçında komandanı yeganə qapıçı - gənc Şahin Zəkiyevin ümidinə qoyan Ağayev Bakıya qayıtmışdı. Reklam çəkilişlərinə qatılmaq üçün vətənə gələn qolkiper 30 min manata görə klub maraqlarına tüpürmüşdü. Belə ki, reklamçı şirkətlə anlaşmasına görə, həmin vaxt Bakıda olmasaydı, məbləğin yarısını itirəcəkdi. Halbuki daimi maaş aldığı klubla anlaşması daha önəmli olmalı idi.


 

Klubdan icazə istəyən Kamranı məşqçi heyəti buraxmaq istəməyib. Belədə o, Axundova zəng vurub və sədr də ərköyün kapitanın arzusunu yerinə yetirib, onun buraxılması üçün göstəriş verib. Komanda Bakıya qayıtdıqdan sonra Əhmədovla, oyunçularla münasibətləri yaxşılaşmayan Kamran "Səbail”lə matçda özbaşınalığın əziyyətini əyani şəkildə çəkdi. İlk qolda topa çıxmadı, ikincidə Andre Klennonla bir-birinə mane oldu, üçüncüdə yenə ötürməyə gecikdi və darmadağın birbaşa onun adına yazıldı.


 

İndi hamı Axundovun vətənə dönüşünü gözləyir. Klub rəhbərinə bütün problemlər çatdırılacaq, Ağayevin hərəkətlərinə qiymət verilməsi istəniləcək. Bildiyimizə görə, baş məşqçi rəhbərlikdən onun qovulmasını istəyir. Hətta "ya mən, ya o” tələbinin qoyulması da mümkündü. Və Əhmədov bu məsələdə futbolçuların da qapıçıdan ciddi narazı olmasına arxalanır.


 

İndi qərarı Zaur bəy verəcək – o ya komandanı yumruq kimi birləşdirəcək, ya da bəzi radikal addımlar atacaq. "Neftçi” ilə oyunöncəsi mütləq hansısa qərarlar veriləcək. Problemi malalamaq, üstünü örtmək olmaz, çünki bu, komandanın nəticələrinə təsir göstərir və indiki ab-hava ilə "Keşlə”nin dirçəlməsi mümkünsüzdü. Ağayevin, yoxsa Əhmədovun klubda daha nüfuzlu olması da sədrin qərarlarından sonra bilinəcək.


 

Bəlkə də problemin indi üzə çıxması klub adına yaxşıdı. Həll etmək üçün vaxt var, sonra gec ola bilər. Qarşıdakı 13 oyun vəziyyəti düzəltmək üçün imkan yaradır. Hələlik daxili problemləri yoluna qoymaq lazımdı. Avropa Liqası matçları öz yerində, bir çox çempionat matçlarında da Ağayevin səhvlərini izləmişik.

 

Millidəki məlum qalmaqalı da nəzərə alsaq, Kamran son vaxtlar yekəxanalığının əziyyətini çəkir, tez-tez tənqid olunur. Xaricdə karyerası da bu kimi məsələlərə görə alınmamışdı və qovulmuşdu. "Bakı”da, "Xəzər Lənkəran”da, "Qəbələ”də olanları da nəzərə alsaq, xasiyyətinə görə Kamran nadir futbolçulardandı. Bu kimi hərəkətlərinə görə o, heç vaxt "Neftçi” və ya "Qarabağ”a yaxın düşə bilməyib. İndi isə "Keşlə”də münaqişə ocağı yaradıb və komandanın son pillədə qərarlaşmasında əsas pay sahiblərindəndi. Bəlkə haqlı olduğu məqamlar da var. Bunu aydınlaşdırmaq isə Axundovun boynunun borcudu.


 

Mənbə: futbolinfo.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

09:00

"Mən Qvardiola və Mourinyu ilə müqayisədə heç kiməm" - Dünya çempionu olan məşqçi

01:06

Zamiq Albaniya çempionu oldu

00:44

İtaliya A Seriyası: "Fiorentina"nı da evə xalsız göndərdilər, "Roma"nı da

00:25

Konfrans Liqasının finalına hakim təyinatları açıqlandı

00:07

Türkiyə Super Liqası: Kardozo het-trik etdi, komandası qazandı

12 May 2025
23:37

Avropa Liqasının finalı almana tapşırıldı

23:09

Rafinyanın "Barselona"dakı aqibəti necə olacaq? - SON DURUM

22:52

Türkiyə klubunda gözlənilməz ayrılıq - Çempion məşqçini istefaya göndərdilər

22:27

Simeone "Napoli"dən ayrılır, İtaliyadan yox

21:50

Ranyerini bu iki mütəxəssisdən birinin əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

Facebookdan bizi izləməyi unutmayın.
X