Premyer Liqada XVII turun təqvimi bəllidi.
Fanat.Az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, oyunlar ənənəvi qaydada iki gün keçiriləcək.
Gələn həftəsonu keçiriləcək tura fevralın 16-da "Keşlə" - "Sumqayıt" qarşılaşması ilə start veriləcək. Bağlanış matçı isə ertəsi gün "Qarabağ"la "Qəbələ" arasında olacaq.
Topaz Premyer Liqası
XVII tur
16 fevral (şənbə)
15:00. "Keşlə” – "Sumqayıt”
"ASK Arena"
"Zirə” – "Neftçi”
17:30. Zirə İdman Kompleksinin stadionu
17 fevral (bazar)
15:00. "Səbail” – "Sabah”
"Bayıl Arena”
17:30. "Qarabağ” – "Qəbələ”
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd: turun bütün oyunları "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Fanat.Az