"Liverpul”unun 26 yaşlı futbolçususu Məhəmməd Salah Misir yığmasının martda çıxacağı oyunlara dəvət edilməyəcək.
Fanat.Az xəbər verir ki, Misir Futbol Federasiyası ölkənin ulduz oyunçusuna istirahət verilməsi üçün bu qənaətə gəlib.
O, Afrika Millətlər Kubokunun (AMK) seçmə mərhələsinin Niger (22 mart) və Nigeriya (26 mart) ilə görüşlərinə çağırılmayacaq.
Misir AMK-nın final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
Fanat.Az