Türkiyə millisinin sabiq üzvü Emre Aşıkın həyat yoldaşı Yağmur Aşık başqa kişi ilə yaxalanıb.
Fanat.Az xəbər verir ki, 3 uşaq anası olan Yağmur ötən gecə Etilerdəki bir əyləncə məkanında Mustafa adlı kişii ilə əylənərkən görüntülənib.
Səhərə yaxın məkandan əl-ələ çıxan cütlük kameraya çəkildiklərini görükdən sonra həyacanlanaraq üzlərini gizlətməyə çalışıblar.
Qeyd edək ki, Emre Aşık ötən il 6 illik həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Əvvəlcə qarşılıqlı razılıq əsasında boşanmağı qəbul etmiş Yağmur Aşık sonradan etiraz etmiş və 25 min lirə aliment tələb etmişdi. Bununla kifayətlənməyərək ərini FETÖ üzvü olmaqda suçlamışdı.
Cütlük ötən ay sürpriz şəkildə boşanmaqdan imtina edərək, məhkəmə iddiasını geri götürmüş və evlikliklərini davam etdirmək qərarı vermişdi. Hətta Yağmur Aşık həyat yoldaşına FETÖ-çü dediyi üçün peşman olduğunu bildirmişdi.
Onu da qeyd edək ki, Emre Aşık karyerası ərzində "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" klublarında çıxış edib.
Fanat.Az