Son beş mövsümdə Azərbaycan çempionu olan və ölkəmizi avrokuboklarda uğurla təmsil edən "Qarabağ”ın rəhbərliyi vacib qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, "köhlən atlar” mövsümün sonuna qədər rəqiblərini Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda qəbul edəcək.
Buna səbəb "Azərsun Arena”da yaranmış problemlər göstərilsə də, qərarın verilməsində azarkeşlərin rahatlığı da nəzərə alınıb. Çünki fanatlar şəhərin mərkəzində yerləşən arenaya daha rahatlıqla gələ bilirlər. "Qarabağ” ən azı mövsümün sonuna qədər burda oyanacaq və avrokubok görüşlərini də bu arenada keçirəcək.
Xatırladaq ki, "Qarabağ” Respublika stadionunda sonuncu görüşünü "Neftçi”yə qarşı keçirib və oyun 1:1 hesabıyla başa çatıb.
Fanat.Az