Hazırda Çinin "Quanqzu R&F" klubunda çıxış edən Duşko Toşiç və müğənni həyat yoldaşı Jelena Karleusa barədə yeni xəbər yayılıb.
Fanat.Az xəbər verir ki, serb futbolçunun tanınmış model Vladana Railiçlə Türkiyənin Antalya şəhərində görüşdüyü iddia olunur. Hətta onların gecəni birlikdə keçirdiyi iddia olunub.
Vladana Railiç açıqlamasında "Duşko möhtəşəm insan və mükəmməl bir atadır" deyərək görüş iddialarını təsdiq edib.
Model həmçinin Oqnen Vranyeslə xəyanət etməsinə də toxunub: "Duşkodan sonra o kəndçi ilə birlikdə olmasının səbbəbini anlamıram".
Qeyd edək ki, bir müddət əvvəl Serbiya mediası müğənni həyat yoldaşı Jelena Karleusanın Toşiçə "Anderlext"də çıxış edən bosniyalı futbolçu Oqnen Vranyeslə xəyanət etdiyini iddia etmişdi. Hətta mətbuatı müğənninin çılpaq fotolarını da yayımlamışdı.
Duşko Toşiç - Jelena Karleusa
Daha sonra Karleusa Çində forma geyinən əri və qızları ilə fotolarını sosial mediada paylaşsa da, ailə ilə bağlı növbəti qalmaqallı xəbər yayılmışdı. Serbiyanın ən yüksək tirajlı qəzeti "Kurir"in iddiasına görə, Toşiç Serbiya millisindəki komanda yoldaşı, hazırda "Kyevo"da forma geyinən Filip Corceviçin həyat yoldaşı Yovana Corceviçə göz qoyub. İddialara görə, futbolçu həmkarının həyat yoldaşına sosial mediadan sevgi mesajları göndərib. Toşiç və Jelena bu qalmaqaldan dərhal sonra məhkəməyə müraciət edərək yayım yasağının tətbiq olunmasını tələb edib.
Yovana Corceviç
Fanat.Az