"The Best FIFA Football Awards-2019" mükafatlandırılma mərasiminin yeri və vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, FIFA qalibləri sentyabrın 23-ündə İtaliyanın Milan şəhərindəki "La Skala” teatrında elan edəcək.
Qeyd edək ki, 2018-ci ildəki mükafatlandırma mərasimi İngiltərə paytaxtı Londonda keçirilib. Həmin vaxt Luka Modriç (Xorvatiya, "Real”) ən yaxşı futbolçu, Didye Deşam (Fransa) ən yaxşı məşqçi seçilmişdi.
Fanat.Az