UEFA-nın Romada baş tutan son Konqresində Çempionlar Liqasının gələcək taleyi ilə bağlı önəmli müzakirələr aparılıb.
Fanat.Az xəbər verir ki, UEFA ÇL-də inqilabi dəyişiklik edib.
Qəbul edilən qərara əsasən qitənin ən nüfuzlu klub turnirinin oyunları 2021-ci ildən həftəsonları keçiriləcək. Çünkihəftəortası və gec saatlarda reallaşan görüşlər reklam baxımından elə də cəlbedici olmur. Qarşılaşmalar istirahət günləri keçirilsə, qazancın ikiqat artması gözlənilir.
Yeganə problem 2021-ci ilə qədər yayım hüququnun satılmasıdı. Məhz bu tarixdən sonra inqilabi yeniliyin tətbiqinə başlanacaq.
Fanat.Az