"Qəbələ”nin qapıçısı Dmitri Bezotosnı Premyer Liqanın ardıcıl 4-cü matçında qol buraxmayıb.
Fanat.Az xəbər verir ki, ukraynalı qolkiper bununla da mövsümün rekordunu müəyyənləşdirib.
"Sabah”ın qapıçısı Saşa Stamenkoviç üç matçlıq seriyasını ötən tur təkrarlayan Bezotosnı XVI turda həmin göstəricini arxada qoyub.
Sonuncu dəfə XII turun "Keşlə” ilə ötən il noyabrın 12-də keçirilən qarşılaşmada qol buraxan Bezotosnıni həmin matçın 38-ci dəqiqəsində Amil Yunanov məyus edib.
Mövsümün ilk yarısını "Zirə” və "Səbail”lə qolsuz heç-heçələrlə başa vuran "Qəbələ” bu il öncə "Sumqayıt”ı, bu gün "Sabah”ı 1:0 hesabı ilə yenib.
Ardıcıl 4 oyunda qol buraxmayan ukraynalının quru dəqiqələrinin sayı 412-yə yüksəlib.
Fanat.Az