"Rəqib bütün heyətlə müdafiə olunurdu. Ona görə də bizə çətin oldu".
Fanat.Az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasını XVI turunun "Keşlə" ilə oyunundan (2:0) sonra "Neftçi"nin baş məşqçisi Roberto Bordin deyib.
Baş məşqçi oyunla bağlı fikirlərini bildirib: "Emin Mahmudov fürsəti əla dəyərləndirdi. Qoldan sonra da üstünlük tərəfimizdə idi. Müdafiədə kiçik boşluqlar olsa da, Səlahət Ağayev inamlı çıxış etdi. Əlbəttə ki, 2:0-dan sonra da mübarizə apardıq, daha çox qol vurmaq istəyirdik. Nəticədən razıyam".
İtalyan mütəxəssis 82-ci dəqiqədə meydana buraxdığı yeni transfer Sansone Canlukanı oyuna gec qoşmasının səbəbini açıqlayıb: "Onun son vaxtlar oyun praktikası yox idi. Yalnız məşqlər edirdi. Oyun ritmini tutması üçün hələ çox vaxt lazımdı. Sansoneni yaxşı tanıyıram. İtaliya çempionatından gəlib. Ona vaxt lazımdı ki, komandaya uyğunlaşsın".
Bordin "Yayda "Neftçi"yə təyinatımız zamanı bildirmişdi ki, transferlərə qarışmırsınız. Qışda bəs necə oldu" sualına belə cavab verib: "Mən transferlərə qarışmıram" dediyimi də xatırlamıram".
Fanat.Az