11:24 11.02.2019 1374

“Onunla didişməsəm, olmaz” - Ferqyuson və Vengerin rəqabəti (II hissə)

(I hissə BURDA)

"Aston Villa” 2009-10 mövsümündə bir neçə il sonra ilk dəfə bizi "Old Trafford”da məğlub etmişdi. Martin O’Nillə söhbət həmişə zövq verir. Matçdan sonra həyat yoldaşı və qızı ilə birlikdə ofisimə gəldi. Həqiqətən də, gözəl bir gecə keçirdik. Martinin köməkçisi Con Robertson və bir neçə dostum da bizə qoşulduqdan sonra əsl parti mühiti yaranmışdı. Gecənin sonunda evə başqa birinin avtomobili ilə getmək məcburiyyətində qaldım.

Federasiya kubokunun üçüncü turunda "Lids Yunayted”ə uduzduğumuz matçdan sonra ofisimə gələn fizioterapevt Alan Satton gülməkdən dayana bilmirdi. Otaqdan çıxanda "Bax, hələ də gülürsən” dedim. "Özümdən asılı deyil”, – deyə cavab verdi. "Old Trafford”dakı karyeram ərzində ilk dəfə "Lids” bizi öz meydanımızda məğlub etmişdi. Ona görə də, özünü gülməkdən saxlaya bilmirdi. Onun sevinc hissi mənə də keçmişdi. Bir tərəfdən də, öz-özümə düşünürdüm: "Bir az ciddi ol”. Oyunlardan sonra ofisimə gələn bütün məşqçilərə qonaqpərvər davranardım.

Son illərdə Arsendəki dəyişikliyin fərqinə varmışdım. "Məğlubolmaz armada”nın formalaşdığı dönəmdə biz keçid prosesini yaşayırdıq. 2002-ci il – təxminən o ərəfədə komandamızı yenidən qururduq. "Arsenal” 2001-02 mövsümündə bizim meydançamızda çempion olanda azarkeşlərimiz onları ayaq üstdə alqışladı. "Mançester Yunayted” azarkeşlərinin gözəl xüsusiyyətlərindən biri üstünlüyə hörmət etmələridi. Mən belə, bəzən "Haydı, onları alqışlayaq, niyə də olmasın? Bu arada, mən də paltardəyişmə otağında oyunçuları özünə gətirim”, – deyə düşünərdim.

Bax, belə azarkeşlərimiz var. Braziliyalı Ronaldu Çempionlar Liqasında bizə üç qol vuranda onu ayaq üstdə alqışlamalarını heç unutmuram. Ronaldu meydandan çıxanda eynən baş məşqçiləri kimi təəccüb içində idi. "Nə əcaib klubdular...” – yəqin ki, belə düşünürdü. Qari Lineker "Tottenhem” forması ilə İngiltərədə son matçına çıxanda da haqqında gözəl şüarlar səsləndirmişdilər. Bu mövzuda deyiləcək çox söz var. Belə davranışlar futbolun zirvəsidi. Meydançada yüksək səviyyəli həyəcan və əyləncə görürsünüzsə, bunu qiymətləndirmək məcburiyyətindəsiniz.

Azarkeşlərimiz ən yaxşı "Yunayted” heyətlərini gördükləri üçün yaxşı komandanın nə olduğunu gözəl bilirdilər. Çünki istinad nöqtəsi gözlərinin önündə idi. Onlar yüksək səviyyəli oyunçuları da yaxşı tanıyırlar. Məğlub olduğumuz zamanlarda isə nəticəni qəbul etməkdən başqa çarə yoxdu. Həqiqətən də, edəcək başqa bir şey yoxdu. Üz turşutmaq bir işə yaramır. 2002-ci ildə "Old Trafford”da oynadığımız o matç ikincilik üçün mübarizə apardığımız halda mənim üçün bir önəm daşımırdı. Onsuz da, "Arsenal”ın çempion olacağı bəlli idi. "Olan olub” hissiyatı hakim idi.

Çətinliklər və ya uğursuzluqlarla üzləşəndə onları yeni komanda formalaşdırıb, daha da irəli getmək naminə bir fürsət olaraq görərdik. Bizə motivasiya verən anlar bu keçidlər idi. Əsas gücümü oradan alırdım. Hətta daha da irəli gedəcəm: bu cür provakasiyalar olmasa, bu işdən bu qədər zövq alardım, ya yox, bilmirəm.

Sonrakı illərdə "Arsenal”ın oyun zehniyyəti haqqında daha çox məlumat sahibi olduq. Arsenin futbolçularına və oyun tərzinə yanaşmasında bəlli bir qəlib var idi. "Arsenal” qarşısında topa sahib olmağa ehtiyac yox idi, topa müdaxil etmək kifayət edərdi. Müdaxilə edəcək oyunçulara sahib olmaq gərəkli idi.
Apardığımız təhlillər nəticəsində, Fabreqasın, arxası qapıya vəziyyətdə topu qəbul edərkən yanındakı komanda yoldaşına onu ötürüb təkrar almaq üçün müdafiəçinin digər tərəfinə istiqamətləndiyini görmüşdük. Bundan sonra oyunçulara tapşırdım: "Fabreqas qaçanda yanından ayrılmayın və atılan ötürməyə müdaxilə edin”. Bu formada topu ələ keçirib sürətli əks-hücuma çıxardıq.

Ev matçları ilə müqayisədə, "Arsenal” "Old Trafford”da daha təhlükəli idi. Səfərdə ikən bizə qarşı özlərini açıq oynamağa məcbur hiss etmirdilər. Daha qapalı oynayardılar.

"Barselona” "Arsenal”a nisbətdə, daha təşkil olunmuş komanda idi. Topu itirən kimi tazı kimi arxasınca qaçırdılar. Topu yenidən ələ keçirmək üçün hər oyunçu topu qovalayırdı. Topu belə tez bir zamanda qazanmaq istəyi "Arsenal”da yox idi. Bununla bərabər, "Barselona” da bəzən ağını çıxartmaq mövzusunda "Arsenal”ı təqlid edərdi. 2009-cu ildə "Bernabeu”da oynanılan  "El Klasiko”da Messi rəqibin cərimə meydançasında "bir-iki” edirdi. Üstəlik, Madrid klubunun  bütün müdafiəçiləri cərimə meydançasının daxilindəydilər. Bir yox, azı iki-üç dəfə bunu yoxlamışdı. 6:2 hesabı ilə qələbə qazansalar da, arada elə seqmentlər olurdu, öz-özümə düşünürdüm ki, deyəsən, bunlar oyundan əllərini üzüblər.

Məncə, bütün məşqçilər bəzi zamanlarda sərt oynayan futbolçulara xəbərdarlıq etməlidilər. Arsen isə heç vaxt bunu etməzdi. Mənə görə, bu, zəiflik əlamətidi. Futbolçu meydandan qovulanda səhvi üzərinə götürmək günah deyil. Belə anlarda adam özünü pis hiss edir, çünki həmin oyunçu komandanı azlıqda qoyur.

Mənim Pol Skoulzla bağlı bəzi problemlərim var idi. Hətta axmaqca işlər gördüyü üçün onu cərimələyərdim. Oyunçu sərt müdaxilə səbəbindən kart alanda pərişan olmuram, ancaq axmaqca bir səbəbdən meydandan qovulursa, onu cəzalandırıram. Skoulzi də belə bir vəziyyətdə qırmızı vərəqə almışdı. Digər tərəfdən, oyunçunun mövsüm boyunca qaydaları pozmamasını gözləyirsinizsə, möcüzə axtarışındasınız.

Karyeramın son illərinə doğru Arsenin qurduğu "yumşaq” yarımmüdafiə xətti onun transfer etdiyi oyunçuların birbaşa təzahürü idi. Samir Nəsri klubsuz qalmışdı, Arsen onu aldı. Rosiçki boşda idi, onu da aldı, amma düzü, o, əsl Arsenin tərzində olan oyunçu idi. Arşavin sərbəst qalan kimi, haydı, onu da alaq. Bu tərzdə olan bir neçə oyunçunu heyətə qatmaq nüsxələri çoxaltmağa bənzəyir. Halbuki Arsenin əlinə keçən ilk heyət sayəsində onun ingilis futboluna girişi əla alınmışdı. 

Vengerlə sona qədər paralel cığırlarda mübarizə apardıq. Təbii, öz anlayışımıza uyğun gənc oyunçuları tapıb onlar inkişaf etdirmək istəyi bizi birləşdirirdi.
Bir dəfə "Arsenal”la matçdan əvvəl Remzi demişdi ki, London klubu "Mançester Yunayted”lə müqayisədə, gənc oyunçulara daha çox şans verir deyə, onları seçmişəm. Həmin zaman öz-özümə düşünmüşdüm: "Görəsən, bu adam hansı dünyada yaşayır?”

Məncə, kimsə gənc futbolçudan bu sözləri deməsini istəmişdi. "Yunayted”i rədd etmək Remzinin öz qərarı idi. Bu, mənim üçün heç bir problem yaratmır. Komandamızda start 11-liyinə düşmək üçün daha böyük rəqabət yaşayacaqdı və bu da onun inkişafına töhfə verəcəkdi. Yanlış qərar verdiyini düşünürdüm. Bir də, "Arsenal” öz aşağı yaş qruplarından kifayət qədər oyunçu yetişdirməyib. Düzdü, bir neçə futbolçunun inkişafına yardımçı olmuşdular, ancaq bunlar fərqli şeylərdilər. Həmin futbolçuları Fransadan və digər ölkələrin klublarından gətirmişdilər. Aşağı yaş qrupundan gətirdikləri oyunçulardan təkcə Cək Uilşeri xatırlayıram. Əvəzində biz Qiqqzi, Nevilli, Skoulzu, Fletçeri, O’Şini, Braunu, Uelbeki yetişdirmişdik.
Görürsən, yenə başladım. 17 il rəqibim olan Arsenlə didişməsəm, olmaz. Özümü saxlaya bilmirəm”.

Aleks Ferqyuson - "Mənim avtobioqrafiyam”
Tərcümə və tərtibat: Rüfət Məcid

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

Facebookdan bizi izləməyi unutmayın.
X