12:21 11.02.2019 3026

Azərbaycandan bir “Karvan” keçdi - Keçmişə səyahət

2004-cü il Azərbaycan futbolunun tarixinə sürətli inkişaf, böyük dəyişikliklər ili kimi yazılıb. Məhz həmin ildən etibarən futbolumuza dövlətin ciddi dəstəyi hiss olunmağa başladı, iş adamlarının futbola marağı artdı, səhnəyə yeni klublar çıxmağa başladı.

Siz Yevlaxın "Karvan" klubunu necə xatırlayırsınız?

"Karvan” - 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, ilk dəfə UEFA Kubokunda mərhələ keçən Azərbaycan klubu.

Bu klub bir sıra ilklərlə yadda qalmışdı. Tarixə nəzər salanda Azərbaycanda ilk dəfə olaraq milli çempionatın oyunlarının klubun rəsmi saytında canlı yayımlanması, komandaya dəvət olunan yeni oyunçuların imza mərasimi, komandanı tanıtmaq məqsədi ilə oyun bukletləri, broşürləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər, mövsümlük abunələrin satışı, VİP lojalarda illik abunə kimi maraqlı addımlar atılmışdı. 

XIII Azərbaycan çempionatına iddialı başlayan komanda debüt ilində 76 xalla çempionatın bürünc medalını qazandı. Həmin il bəlkə də Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə həkk olundu. Çempionatın digər debütantı, "Karvan"a daim baş ağrısı yaradan "Xəzər Lənkəran" "flaqman” "Neftçi" ilə turnir cədvəlində eyni xal sayına sahib idilər. Və Gəncədə o möhtəşəm "Qızıl oyun" keçirildi. Çempion adını "Neftçi"nin qazandığı çempionatda "Xəzər Lənkəran" və "Karvan" öz sözünü deməyi bacarmışdı. Hətta bombardirlər sırasında ilk 4-lükdə bu iki klubunun hücumçuları yer almışdı. "Karvan"ın forvardları Zaur Ramazanov (21) və Fərrux İsmayılov (17) çempionatda çıxış edən 17 klubun qəniminə cevrilmişdilər. 

Heyətdə kimlər yer almışdı? Kimlər yox idi ki?! Yunis Hüseynovun rəhbərlik etdiyi komandada Elxan Həsənov, Dmitri Kramarenko, Tərlan Əhmədov, Kamal Quliyev, Zaur Ramazanov, Fərrux İsmayılovun adlarını demək bəs edən yəqinki?! Milliləşdirilmiş legionerlə birgə yığmaya ən çox futbolçu verən komanda idi. 

XIV Azəbaycan çempionatı da "Karvan" üçün həm uğurlu, həm uğursuz keçdi. Belə ki, ölkə çempionatında ikinci yeri tutmaq və kubokun finalına vəsiqə qazanmaq böyük uğur idi, lakin finalda "Qarabağ"a yenilgi və çempionluğu cəmi 1 xal fərqi ilə əldən buraxmağı şanssızlıq saymaq olardı. Elə həmin il UEFA kubokunda Azərbaycanı təmsil edən komandanın bəxtinə püşk Slovakiyanın "Spartak" (Trnava) klubunu saldı. Statistika və səviyyə fərqinə görə bu matçın aşkar favoriti slovaklar sayılırdı. Lakin "Karvan" tarix yazmağı bacardı. 2006-ci ilin iyulun 13-də Bakıda keçirilən ilk görüşdə "Kavran" rəqibini 1:0 hesabı ilə məğlub etmişdi. "Şəfa" stadionunda keçirilən görüşdə qələbə qoluna matçın 83-cü dəqiqəsində komandanın yevlaxlı futbolçusu Xalid Muradov imza atmışdı. 
 

 
27 iyun tarixi idi. Gözlər dirənmişdi Slovakiyada keçirilən cavab oyununa. "Karvan" səfərdə də bu rəqibi məğlub etməyi bacardı, özü də eyni hesabla. Süleyman Kamaranın Yuri Muzıkanın ötürməsindən sonra vurduğu qol oyunda yeganə oldu. "Karvan" Azərbaycan futbolunda ilkə imza atdı. Yevlax klubu ölkəmizin  futbol tarixində UEFA Kuboku turnirində mərhələ adlayan ilk Azərbaycan klubu olaraq tarix yazmışdı. Daha sonra Çexiya "Slaviya”sı ilə qarşılaşan yevlaxlılar ilk oyunda 0:2 hesabı ilə məğlub olub, cavab oyununda isə qolsuz bərabərlik edərək turnirlə vidalaşdı. 



Daha sonrakı illər artıq pis günlər başladı. Maddi sixintilar yaşayan klub ilk öncə turnir cədvəlində eniş yaşadı, daha sonra ilə yüksək liqa ilə vidalaşdı. 

Bu 2009/2010 mövsümünə təsadüf etdi. Sayca 18-ci Azərbaycan çempionatında 11 xalla 12-ci, yəni sonuncu olan komanda I Diviziona düşdü. Bir necə il I Divizionda enişli-yoxuşlu, sıxıntılı günlər yaşayan komanda 18 sentyabr 2014-cü il tarixində fəaliyyətini rəsmən dayandırdı. 

Geriyə nə qaldı? Ardıcıl iki il qazanılan uğurlar, bir rayonunun əhalisinin sevgisi və ən əsası həsrəti. 
 


"Karvan" stadionundan bəhs etmədim heç. Onu saxladımm sona. Komanda ev oyunlarını 6000 azarkeş tutumu olan Yevlax şəhər stadionunda keçirirdi. Stadion deyəndə ağlınıza Bakıdakı kimi sadəcə əsas və köməkçi meydandan ibarət stadion gəlməsin. Yevlax stadionunun ərazisi çöx böyükdür. Nənəmgilin evi ilə stadionun arasında 3-4 qonşu evi var. O küçənin sakinləri üçün stadionun həyəti Bakının bulvarı kimiydi. Çox insanlar üçün iş yeri, uşaqlar üçün isə vaxtlarını əyləncəli keçirmək üçün sevimli məkan. Hələ Aydın dayının stadionun ətrafında əkib becərdiyi güllər, meyvə ağacları əsl cənnət idi. 
 


Rayona uzun müddətdi getmədiyim üçün stadionun son halından xəbərim yoxdu. Lakin ötən gün ağlıma gəldi və nənəmgillə əlaqə saxladım. Mənə stadionun son görüntüsünü və ordakı vəziyyət haqda məlumat öyrənməklərini xahiş etdim.
 
 
 
Demək olar heç kim qalmayıb. Bir Aydın dayıdan başqa. O, stadionu güllər, ağaclar ilə cənnətə çevirən insan yaşlanmasına baxmayaraq hələ də doğma stadionunda çalışır. Stadionu mühafizə edən bu dayı ilə birgə bir neçə işçi (bağban, xadimə) çalışır. "Karvan" yaranmazdan öncə, hətta bu stadion xaraba-xanalıq olduğu vaxtdan bu ərazidə yer alan kafe isə hələ də işləyir.
 

 
Hazırda Yevlax stadionu necə fəaliyyət göstərir deyə soruşsanız, küçənin ağsaqqalları nərd oynamaq, çay içmək üçün buradakı kafeyə gəlir, qızlar-gəlinlər stadionun bulağından içməli su aparır, uşaqlar isə stadionun həyətində məktəbdənkənar vaxtda  futbol oynayırlar. Ancaq görüntülərə baxınca hiss olunur ki, bu qədər insanlar gəlib getməsinə baxmayaraq Yevlax stadionu futbolsuz tək-tənha, yetim qalıb.

Mənbə: sport7.az
 






Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X