"Neftçi”nin qapıçısı Aqil Məmmədov zədələnib.
FanatşAz klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper son məşqlərdən birində daban oynağından xəsarət alıb. Həkimlər Məmmədovun 3-4 həftə müalicə olunacağına dair rəy veriblər. Təcrübəli qapıçı yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.
Qeyd edək ki, Aqil Məmmədov "Neftçi"yə yanvarda "Qəbələ”dən transfer olunub.
Fanat.Az