"Zirə" heyətinə yeni futbolçu cəlb edib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransalı yarımmüdafiəçi Şafik Tiqrudca ilə mövsümün sonunadək müqavilə bağlanılıb.
27 yaşlı oyunçu son olaraq Albaniyanın "Kukesi" klubunda çıxış edib. Tiqrudca bundan başqa, Cənubi Kiprin "Alki”, Fransanın "Le Pontent”, "Nor”, "Les Herbis” klublarında oynayıb. O, "Zirə"də 48 nömrəli forma ilə çıxış edəcək.
Fanat.Az