Millimizin heç zaman yayımlanmayan görüntüləri - VİDEO
Bir vaxtlar Azərbaycan milli komandasında həkim kimi çalışmış Faiq Hüseynov özününün Feysbuk səhifəsində maraqlı video paylaşıb.
Video 1996-cı ilin may ayının 25-də çəkilib. Videonun əvvəli millinin avtobusunda, sonrakı hissəsi paltardəyişmə otağında çəkilib.
Görüntüdə millinin o vaxtkı üzvləri - Tərlan Əhmədov, Şahin Diniyev, Aleksandr Jidkov, Arif Əsədov, Yunis Hüseynov, Rasım Abuşov, Vyaçevlav Lıçkin, Vidadi Rzayev və Qurban Qurbanov və başqaları yer alıb. (qol.az)