Azərbaycan çempionatının I divizionunda 2 matçın nəticəsi ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.
Qurum XIV turun görüşlərini araşdıraraq bu addımı atıb.
"Sumqayıt-2” – "Keşlə-2” matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün qonaqlara texniki məğlubiyyət verilib. Hesab olduğu kimi - 0:3 saxlanılıb.
"Kəpəz” – MOİK matçında adı protokolda qeyd olunmayan futbolçu meydançaya çıxdığı üçün meydan sahiblərinə texniki məğlubiyyət verilib. Hesab olduğu kimi - 0:3 saxlanılıb.
Fanat.Az