Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib.
Fanat.Az xəbər verir ki, "Qarabağ"ın təşəbbüsü ilə paytaxtımızda keçirilən iclasda Türkiyə ("Beşiktaş", "Fənərbaxça", "Başakşəhər") İsrail ("Makkabi Hayfa", "Makkab Tel-Əviv") və MDB ölkələrinin ("Zenit", "Zimbru", "Daçia", "Dinamo" (Minsk), ÇSKA (Moskva) "Jalgiris"), "Neftçi", "Qəbələ" və "Qarabağ” klublarının nümayəndələri iştirak edib. İclasda 2021-24-cü illərdə olacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub.
Qeyd edək ki, Ağdam klubunun baş meneceri Asif Əsgərov Avropa Klublar Birliyinin İşçi qrupunun büro üzvüdür.
Martın 25-də Amsterdamda isə Avropa Klublar Birliyinin baş assembleyası keciriləcək və burada regional iclasda səsləndirilən fikirlər ümumiləşdirilərəcək və daha sonra UEFA-ya təqdim olunacaq.
Fanat.Az