Ötən yay Rusiyada keçirilən dünya çempionatının ən cazibədar futbolçusu seçilən Rurik Gislasonun yeni sevgilisinin kimliyi açıqlanıb.
Fanat.Az xəbər verir ki, İslandiya millisinin üzvü Nataliya Soliani ilə birlikdədi. Tərəflər bu barədə açıqlama verməsə də, futbolçunun "Instagram"dakı bir paylaşımı bunu deməyə əsas verir.
Belə ki, İsland futbolçu etdiyi bir paylaşımda Nathalia Solianini "tag" edərək "Kaş ki, burda olsaydın" yazıb.
Qeyd edək ki, "DÇ-2018"də hamının diqqətini çəkən Rurik Gislasonun "Instagram" izləyicilərinin sayı 873 mindən artıqdı.
Fanat.Az