Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri Yusuf Namoğlu və komitə üzvləri istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə komitə sədri özü "TRT Spor"a açıqlamasında bildirib.
Bu mövsüm "Qalatasaray", "Beşiktaş", "Fənərbaxça" və "Trabzonspor" başda olmaqla bir çox komanda VAR sisteminə rəğmən hakim səhvlərinə görə xallar itirmiş və buna sərt şəkildə etiraz etmişdi. Mövsümün hədəfindən tənqid hədəfinə çevirilən komitə rəhbərliyi təzyiqlərə dözməyərək istefa vermək qərarına gəlib.
"Türk futboluna daha yaxşı xidmət etmək üçün belə bir qərar verdik. Bu həftə keçiriləcək oyunlara təyinatları etdikdən sonra istefa vercəyik. Bu günədək vicdanla çalışdıq. Rəsmən istefa verdikdən sonra açıqlamalarım olacaq. Bunu sabah açıqlayacam" deyə Yusuf Namoğlu bildirib.
Fanat.Az