"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov təkzib etsə də, onun fəaliyyətinin araşdırıldığı dəqiqdi.
Futbolinfo.az-ın yazdığı kimi, malyyə yoxlamalarına start verilib və dəqiqləşdirmələr aparılır.
Artıq digər KİV-də də bu barədə xəbərlərə rast gəlirik. Dünən sportinfo.az da bu məsələyə toxunub. Belə ki, "Neftçi”yə yenilgidən və "Zirə”nin "Səbail”i üstələməsindən sonra turnir cədvəlinin son pilləsinə enən "Keşlə” indi qaynar qazan kimi qaynayır.
Saytın yazdığına görə, "Keşlə”yə büdcə ayıran şirkətin audit qrupu qəfil təhqiqata başlayıb. Ayrılan vəsaitin istiqaməti üzrə xərclənməsinə dair dərin şübhələr yarandığından, maliyyə sənədləri tək-tək incələnir. Söhbətin milyonlardan getməsi dəqiqdi. Əlbəttə, "Keşlə”yə bir belə pul ayrılırsa, onun hesabı aparılmalıdı. Sponsorun göndərdiyi xüsusi komissiyanın hazırlayacağı raportin ortalığa MARAQLI FAKTLAR çıxaracağı gözlənilir.
Fanat.Az